Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli yeni mövsümə Türkiyədə başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, hazırda “Partizani”də oynayan millimizin futbolçusu Türkiyədən təkliflər alıb.
Ona Türkiyə 1-ci liqası və Superliqasından dəvətlər gəlib. İsgəndərlinin Superliqa təmsilçilərindən “Eyüpspor”a keçidi gündəmə gələ bilər.
Hazırda yüksək liqada çıxış edən klub 17-ci pillədədir. 30 yaşlı futbolçunun “Partizani” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
