"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəldi, "Zirə" - "Neftçi" matçında sülh - YENİLƏNİB

21:31 - 17 Aprel 2026

Bu gün Misli Premyer Liqasında XXVIII tura start verilib.

Sportal.az xəbər verir ki, ilk gündə iki matç keçirilib.

"Araz-Naxçıvan” “Turan Tovuz”a məğlub olub..

"Neftçi" isə "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Misli Premyer Liqası
XXVIII tur

17 aprel

17:00 "Araz-Naxçıvan" - "Turan Tovuz" 0:3
Qollar:
İbrahima Vadji, 71, Joarlem Santos, 82, 90+3
Baş hakim: Rauf Cabarov
Sumqayıt, “SOCAR Polymer stadium”

19:30 "Zirə" - "Neftçi" 1:1
Qollar:
 Brahim Konate, 90+4 - İmad Faraj, 63
Baş hakim: İnqilab Məmmədov
Zirə İK stadionu

Xəbər xətti