“Milan”ın baş məşqçisi Massimiliano Alleqri Rafael Leaoya ünvanlanan azarkeş fitləri ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “rossoneri” azarkeşləri A Seriyasının 32-ci turunda “Udineze” ilə oyundan (0:3) sonra portuqaliyalı vingeri fitə basıblar.
“Düşünürəm ki, bir az fit onun xeyrinə olacaq, o başa düşdü ki, hər şey həmişə asan olmur. O, bundan əvvəl heç vaxt fitlənməmişdi və açığı, artıq böyüməyin vaxtıdır.
O, hər şeyi başa düşdü və buna yaxşı reaksiya verəcək. Həftə ərzində o, digərləri kimi yaxşı məşq etdi”, – deyə Alleqri bildirib.
saytlarin hazirlanmasi
