Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində start götürən U-20 “Çempionlar” turnirinə uğurla başlayıb.
Sportal.az xəbər verir ki, təmsilçilərimiz ilk gündə 5 medal qazanıblar. Sərbəst güləşçilərimizdən Hacı Kərimov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Muhamməd İsmayılov (57 kq) bürünc mükafat əldə edib.
Yunan-Roma güləşi üzrə yarışlarda isə Roman Kərimov (67 kq) qızıl medal əldə edib, eyni çəki dərəcəsində Murad Əliyev bürünc, Cavidan Nəhmətov (77 kq) gümüş mükafata sahib çıxıb.
saytlarin hazirlanmasi
