"Neftçi"nin avrokuboklara vəsiqə qazanacağına çox inanıram"

13:35 - 20 Aprel 2026

"Neftçi"nin sabiq forvardı Tomislav Mişura Sportal.az saytına açıqlama verib. 

Sloveniyalı veteran futbolçu sabiq komandasının hazırkı durumundan danışıb.

O, "Neftçi"nin avrokuboklara vəsiqə qazanacağına inandığını deyib:

"Neftçi"nin hazırkı vəziyyəti normal sayıla bilər. Amma təbii ki, onlar tamamilə lazımsız yerə çoxlu xal itiriblər. Qazanmalı olduqları matçlarda xal itiriblər və xal qazanıblar. Bununla belə, "Neftçi" son matçlarda yaxşı çıxış edib. Komanda yaxşı futbol oynayır. "Zirə"yə qarşı qələbəyə yaxın idilər. Son dəqiqələrdə qol buraxıb heç-heçə etdilər. "Neftçi" indi "Qarabağ"la ardıcıl iki oyunla qarşılaşır. "Neftçi"yə hər zaman inanıram. İndi də, həmçinin. İnanıram ki, avrokuboklara vəsiqə qazanacaqlar".

Mirbağırağa

Xəbər xətti