"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun barədə fikirlərini bölüşərdin...
- Məncə, futboldan danışmağın yeri yoxdur. Başa düşürük ki, futbol oynamırıq. Neçənci oyundur ki, sonuncu dəqiqələrdə bizə qarşı belə edirlər. Hər dəfə sonuncu dəqiqə olanda gözləyirəm ki, hakim nəsə çıxaracaq, nələrsə edəcək ki, biz qalib gəlməyək. Çalışırıq, xarakter göstəririk və yaxşı oyun sərgiləyirik. Baxıram ki, bizim üçün çətin olacaq. Amma azarkeşlərimizin dəstəyi ilə avrokuboklara getməyə çalışacağıq. İndi də deyəcəklər ki, qapıçı topu görüb. Bəs oyundan kənar vəziyyət necə olur? Dirsək necə olur? Onu da bilmirik. Bir yerdə deyir dirsək penaltidir, digərində deyir ki, penalti deyil. Özündən soruşsan, bilmir ki, nə penaltidir, nə oyundan kənar vəziyyətdir. Amma yolumuza davam edirik. Başa düşdük ki, nə etsək də, bizə çətinlik yaradacaqlar.
- Belə çıxır ki, hər oyunda ən azı 2-3 qol vurasınız?
- Bəli. “Zirə” elə komanda deyil ki, onlara rahat 2-3 top vura biləsən. Başa düşmürəm ki, VAR sistemi nə üçün var? Məncə, VAR-ı ləğv etmək lazımdır. VAR-da əyləşənin kim olduğunu bilmirəm. VAR nəyə və kimə lazımdır?
- Belə fikirlər də var ki, orada oyundan kənar vəziyyət yoxdur. Yənu Ruan Renato qapıçının baxış bucağını kəsmirdi...
- Həmin epizodda ofsayd olduğunu deməyən ya kordur, ya da gözləri əyridir, görmür. Başqa açıqlaması yoxdur.
- Artıq çempionatın bitməsinə az qalıb. Səncə, bu hakim haqsızlıqları nə vaxtadək davam edəcək?
- Əlimizdən gələni edəcəyik ki, hər oyunda 2-3 qol vurub qələbə qazanaq. Başqa yolumuz yoxdur. Görünən odur ki, bir qolla qalib gələ bilmərik. Çox qol vurmaq lazımdır. VAR-da oturan hakim oyunun taleyini həll etdi.
- "Zirə"nin qolundan sonra insident yaşandı. Orada nə baş vermişdi?
- "Zirə"nin futbolçusu Martinq Junior bizə tərəf gələrək hörmətsizlik etdi. Qarşımızda sevinməyə başladı. Elə hər şey də ondan sonra oldu.
- Qarşılaşmadan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçularının hərəkətinə görə "Neftçi"dən üzr istədi...
- Çox sağ olsun. Bizim üçün meydanda baş verənlər meydanda da qaldı.
saytlarin hazirlanmasi
