"Ona maraq göstərənlər bizimlə əlaqə saxlamalıdır" - Bastoninin "Barselona"ya keçidi barədə

22:24 - 20 Aprel 2026

“İnter”in idman direktoru Pyero Auzilio, Alessandro Bastoninin “Barselona”ya keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Sportal.az xəbər verir ki, bundan əvvəl müdafiəçinin Kataloniya klubu ilə artıq müqavilə şərtlərini razılaşdırdığı barədə xəbərlər yayılmışdı.

Bu gün "Mundo Deportivo" nəşri yazıb ki, Bastoni “İnter”dən ayrılacağı təqdirdə məhz “Barselona”ya keçməyə üstünlük verərdi. Auzilio isə bu iddialara belə cavab verib:

“İspaniyada nə danışdıqlarını bilmirəm, amma Bastoni ilə maraqlanan hər kəs bizimlə əlaqə saxlamalıdır, sadəcə danışmamalıdır.”

Xəbər xətti