İtaliyalı futbolçu "Roma"dan ayrılacaq

20:24 - 21 Aprel 2026

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Stean El Şaaravi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı vingerə yeni sözləşmə təklif etməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı futbolçu yayda klubu azad agent statusu ilə tərk edəcək.

Qeyd edək ki, Stefan El Şaaravi bu mövsüm "Roma"nın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti