İngiltərə klubları "Qalatasaray"ın futbolçusunu izləyəcək

20:53 - 21 Aprel 2026

"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" və "Aston Villa" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Hər iki klubun nümayəndələri aprelin 26-da "Fənərbaxça" ilə keçiriləcək matçda Saranı tribunadan izləyəcəklər. İstanbul nəhəngi 26 yaşlı oyunçunu 30 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti