"Barselona"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Lamin Yamal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı vinger La Liqanın 32-ci turunun "Selta" ilə matçında (1:0) zədələnib. Yamalın sol ayaq əzələsində zədə aşkarlanıb.
18 yaşlı futbolçu mövsümün qalan görüşlərində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
