2024-cü ildən "Qarabağ"ın şərəfini qoruyan Aleksey Kaşukun buradan ayrılmasına az qalıb. Baxmayaraq ki, ukraynalı vingerin müqaviləsinin bitməsinə hələ 1,5 ildən artıq vaxt qalıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı legionerə artıq indidən başqa klublarloa danışıqlar aparmağa icazə verib.
Şərtləri də onun menecerinin diqqətinə çatdırıblar. Real təklif olsa, danışıqlara qısa müddətdə başlaya bilərlər.
Kaşukun etimadı doğrultmaması Qurban Qurbanov səviyyəsində dilə gətirilib. Baş məşqçi yaxınlarda mediaya açıqlamasında Donetsk "Şaxtyor"unun yetirməsindən narazılığını bildirib.
Hələlik bilinən odur ki, "Sabah" 2 il müddətində icarə əsasıda xidmətində yararlandığı ukraynalını almaqda maraqlıdır. Kaşukun özüylə ilkin söhbət də olub.(Sportinfo.az)
saytlarin hazirlanmasi
