FIFA Şimali Amerikada keçiriləcək dünya çempionatında İran millisinin İtaliya ilə əvəzlənməsi variantını nəzərdən keçirmir.
Sportal.az xəbər verir ki, bu barədə BBC televiziyası təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, italiyalı Paolo Zampolli Yaxın Şərqdəki müharibə ilə bağlı gərgin vəziyyəti əsas gətirərək İranın İtaliya ilə əvəzlənməsi ideyasını irəli sürmüşdü.
Lakin FIFA bu təşəbbüsü dəstəkləməyib. Təşkilatın prezidenti Canni İnfantino hələ ötən həftə vurğulayıb ki, İran millisi turnirə mütləq gələcək.
Dördqat dünya çempionu olan İtaliya seçmə mərhələni keçə bilməyib. Komanda pley-offda Bosniya və Herseqovina yığmasına məğlub olub.
FIFA reqlamentinə əsasən, qurum fors-major hallar baş verdiyi təqdirdə turnir iştirakçılarını əvəz etmək hüququna malikdir. Lakin hazırda belə bir ssenari üçün heç bir əsas yoxdur.
saytlarin hazirlanmasi
