“Mançester Siti” Elliot Andersonun transferi üçün əsas namizəddir.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “şəhərlilər” "Nottinqem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferi uğrunda mübarizədə liderlik edir. 23 yaşlı ingilis futbolçu ilə "Mançester Yunayted" və "Arsenal" da maraqlanır. Məlumatlı mənbələr arasında yarımmüdafiəçinin məhz "Mançester Siti"yə qoşulacağına inam getdikcə artır.
Qeyd edək ki, cari İngiltərə Premyer Liqası mövsümündə Elliot Anderson 33 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
