"Latsio"nun baş məşqçisi Mauritsio Sarri, İtaliya kubokunun finalına çıxmasına baxmayaraq, növbəti mövsüm komandada qalacağına zəmanət verməyib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunu komandanın “Atalanta” üzərində penaltilər seriyasında yarımfinal qələbəsindən sonra bildirib:
"Bu komanda karyeramın ən qətiyyətli komandalarından biridir. “Latsio” əsl komanda kimi oynadı və İtaliya kubokunda ötən ilin finalçıları olan "Bolonya" və "Milan"ı məğlub etdik. Çoxlu zədə var idi, amma "Atalanta" kimi güclü rəqibə yaxşı cavab verdik. Lotitonun (klubun prezidenti - red)paltardəyişmə otağında bir saniyəlik olduğunu gördüm, amma danışa bilmədik. Gələcək planlarımız barədə heç nə bilmirik".
“Latsio” A Seriyasında 9-cu yerdədir. 67 yaşlı mütəxəssisin paytaxt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Peskara”, “Verona”, “Peruca”, “Empoli”, “Çelsi”, “Yuventus” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi
