"Atletiko" Braziliya millisinin üzvünü transfer etmək istəyir

22:42 - 24 Aprel 2026

"Vulverhempton"un yarımmüdafiəçisi Joao Gomes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Talksport" məlumat yayıb.

İngiltərə klubu Qomes üçün 45 milyon avro tələb edir. "Atletiko" 25 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvarında "Flamenqo"dan 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti