"Qəbələ"nin müdafiəçisi Ayzek Amoah Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 29-cu turunda "Araz-Naxçıvan"la görüşdəki heç-heçə(1:1) etməsindən danışıb.
Bununla yanaşı, Amoah qarşıdakı turda "Zirə"yə qarşı keçiriləcək matçdan gözləntilərini bölüşüb:
"Araz-Naxçıvan"la görüşün içində həm neqativ, həm pozitiv məqamlar var idi. Biz yaxşı oyun keçirdik, qol epizodlarımız az deyildi. Üç xal qazanmağa da yaxın idik. Amma görüşü bir xalla bitirdik. Qarşıda da matçlarımız var. Hansı ki, xallar toplaya bilərik. "Araz-Naxçıvan"la görüş geridə qaldı, növbəti görüşlərə fokuslanacağıq.
Təbii ki, Premyer Liqada qalacağımıza inanırıq. Xal ehtiyatımızı artırmaq niyyətindəyik. Qarşıdakı turda da "Zirə" ilə oynayırıq. Çətin matç olacağı dəqiqdir. "Zirə" əla mövsüm keçirir. Yaxşı səviyyədə olan komandadır. Asan olmayacaq. Amma biz bu görüşdə maksimum xal qazanmağa çalışacağıq. Rəqibə hörmətlə yanaşırıq. Güclü komandadır, sona qədər mübarizə aparacağıq".
Mirbağırağa
