"İnter" "Real"a 20 milyon avroluq təklif göndərdi

20:06 - 27 Aprel 2026

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

A Seriyasının lideri Lunin üçün 20 milyon avroluq təklif göndərib. İspaniya klubu bu təklifi qəbul etməyi düşünür.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan 8,5 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 21 qol buraxıb.

Xəbər xətti