“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə qarşılaşma barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, komandalar arasında ilk oyun çərşənbə günü, sabah Madriddə keçiriləcək.
Arteta deyib:
“‘Nyukasl’ üzərində qələbə təsirli idi. Bu, bizə inam verdi. Çempionlar Liqasının yarımfinalında ikinci il ardıcıl oynamaq inanılmazdır. Biz qalib gəlmək və üstünlük qurmaq istəyirik.
"Atletiko" bu turnirdə böyük təcrübəyə malik məşqçisi olan əla komandadır. Bu oyunun nə qədər çətin olacağını bilirik. Biz əvvəlki kimi eyni inamla oynamalıyıq. Biz olmaq istədiyimiz yerdəyik və buna layiq idik. Qarşımızda bir fürsət var və ondan istifadə etməliyik.
7 il əvvəl bu komanda Çempionlar Liqasında yox idi, indi isə böyük irəliləyiş əldə etmişik. Çox çalışmışıq və bu şansı dəyərləndirmək istəyirik. Biz ən yaxşı dörd komanda arasındayıq. Buna nail olmaq nə qədər çətin olduğunu təsəvvür edin.
Mənim və Simeonenin futbola böyük həvəsi var. Onu həmişə heyranlıqla izləmişəm, amma hər birimizin öz üslubu var. O, nümunədir. Biz üstünlük qurmaq istəyirik. Sabah bizi möhtəşəm oyun gözləyir. ‘Atletiko’nun rəqibi sıxışdırdığı anlardan qaçmaq istəyirik. Biz onları analiz etmişik.”
saytlarin hazirlanmasi
