Mərkəzi oyunda 2 qol, 2 qırmızı vərəqə - VİDEO

19:58 - 28 Aprel 2026

Futbol üzrə Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Xankəndi" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Qaradağ Lökbatan"ı qəbul edib. Turun mərkəzi görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 67-yə yüksəldən "Xankəndi" liderliyini davam etdirir. 64 xalı olan "Qaradağ Lökbatan" isə 2-ci yerdədir.

"Xankəndi" - "Qaradağ Lökbatan" 1:1
Qollar:
 E.Nəsibov, 45+5  - F.Abbaslı, 90+7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")

Xəbər xətti