FIFA qarşıdan gələn dünya çempionatı üçün cəza qaydalarında dəyişiklik etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, sarı vərəqələr artıq yalnız əvvəlki kimi 1/4 final mərhələsindən sonra silinməyəcək, eyni zamanda qrup mərhələsi başa çatdıqdan sonra da qüvvədən düşəcək. Bu barədə BBC televiziyası məlumat yayıb.
Planlaşdırılan islahatın məqsədi vacib oyunlarda sarı vərəqəyə görə diskvalifikasiya riskini minimuma endirməkdir. 48 komandalı yeni dünya çempionatı formatına görə əlavə pley-off mərhələsi - 1/16 final olacaq. Bu, 1/4 finala qədər irəliləyən komandalar üçün qısa müddətdə 6 oyun keçirmək deməkdir.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında baş tutacaq.
saytlarin hazirlanmasi
