"Arsenal"dan ayrılacağı iddia olunan Kay Haverts karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" almaniyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.
Bundesliqa nəhəngi yayda 26 yaşlı forvard üçün hərəkətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Arsenal" Kay Havertsi 2023-cü ilin yayında "Çelsi"dən 75 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
