Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO

14:32 - 29 Aprel 2026

Peşəkar Futbol Liqası Misli Premyer Liqasında mübarizə aparan "Turan Tovuz"a reportaj həsr edib.

Sportal.az xəbər verir ki, reportaj bölgə təmsilçisinin 29-cu turda "Zirə" ilə matçından (1:1) hazırlanıb.

Videomaterialda komandanın illər sonra avrokuboklara vəsiqə qazanmağa yaxın olmasından bəhs edilib. Reportajda "Turan Tovuz"un azarkeşləri də yer alıb. 

Xəbər xətti