AFFA-nın vitse-prezidenti "Barselona"nın oyununda

16:17 - 29 Aprel 2026

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.

Xəbər xətti