Premyer Liqada baş məşqçi istefası

16:13 - 30 Aprel 2026

İngiltərə Premyer Liqasında baş məşqçi isteafsı gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Börnli" Skott Parkerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Skott Parker 2024-cü ilin yayında "Börnli"nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 45 yaşlı çalışdırıcının rəhbərlik etdiyi kollektiv Premyer Liqada 34 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Mövsümün bitməsinə 4 tur qalmış komandanın elitanı tərk edəcəyi dəqiqləşib.

Xəbər xətti