"Fənərbaxça"nın istədiyi müdafiəçi Almaniyada qaldı

14:35 - 30 Aprel 2026

“Bayer”in(Leverkuzen) müdafiəçisi Edmond Tapsoba Almaniya klubunda qalacaq.

Sportal.az xəbər verir ki, o, klubla müqavilə müddətini artırıb.

Burkina-Faso millisinin üzvü ilə 2031-ci il iyunun 30-na qədər "Bayer"də qalacaq.

Tapsoba 2020-ci ildə "Vitoriya Gimarayeş"dən Leverkuzen klubuna keçib.

Qeyd edək ki, “Fənərbaxça” bu futbolçunu yayda heyətinə qatmaq istəyirdi.

Xəbər xətti