"Karyeramın sonu yaxınlaşır" - Ronaldo

19:58 - 30 Aprel 2026

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerası ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu hər oyundan maksimum həzz almağa çalışdığını bildirib:

"Karyeramın sonu yaxınlaşır. Gəlin hər oyundan zövq alaq. Yalnız bu nəsil üçün deyil, əvvəlki və gələcək nəsillər üçün də oynamağa davam edirəm. Hər gün, oyundan-oyuna, ildən-ilə bundan həzz alıram, hətta karyeramın sonuna yaxınlaşsam belə. Bu bir faktdır".

41 yaşlı forvard vurğulayıb ki, yaşına baxmayaraq, motivasiyasını və qalib gəlmək istəyini itirməyib:

"Karyeram parlaq olub. Belə də qalmasını istəyirəm. Hələ də bundan zövq alıram, qol vurmağa davam edirəm. Amma hər şeydən əvvəl söhbət qələbədən gedir. Biz həqiqətən çempion olmaq istəyirik".

Xəbər xətti