Çempionlar Liqasında həftənin oyunçusu açıqlandı

17:46 - 30 Aprel 2026

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarının ən yaxşısı müəyyənləşib.

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele həftənin oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda "Atletiko"da çıxış edən həmyerlisi Antuan Qrizmannı qabaqlayıb.

Qeyd edək ki, Usman Dembele PSJ-nin "Bavariya"nı 5:4 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti