"Real" "Milan"ın müdafiəçisini istəyir

12:48 - 1 May 2026

"Milan" yayda heyətini “Real”ın futbolçusu ilə gücləndirəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “rossonyerlər” David Alabanı transfer etmək üçün hərəkətə keçib.

"Real"la müqavilə müddəti mövsümün sonunda başa çatacaq avstriyalı özü də komandasını dəyişməyə müsbət yanaşır.

33 yaşlı futbolçunun İtaliyaya yollanmağa üstünlük verəcəyi gözlənilir. Onun xidmətində “Qalatasaray” da maraqlıdır.
 

Xəbər xətti