Bundesliqanın 19 yaşlı futbolçusu İngiltərə klublarının hədəfində

23:44 - 19 Mart 2026

Said El Mala İngiltərə klublarının diqqətini cəlb edib.

Sportal.az "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, "Köln"ün ən yaxşı bombardiri ilə "Çelsi" və "Nyukasl" maraqlanır. Lakin 19 yaşlı futbolçunu transfer etmək istəyənlər arasında ən israrlı olan "Brayton"dur, klub artıq 4 təklif göndərib.

Bundan əlavə, hücumçuya Səudiyyə Ərəbistanı klubları da iddialıdır.

"Köln" bu maraqdan faydalanaraq futbolçu üçün ən azı 40 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, cari mövsümdə Said El Mala Bundesliqada 26 oyunda 9 qol vurub.

Xəbər xətti