"Real"ın qapıçısı Tibo Kurtuanın zədəsi ciddidir.
Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Siti" ilə səfər matçında (2:1) zədələnən belçikalı qolkiperin sağ ayağının əzələsində yırtıq aşkarlanıb.
Kurtua təxminən bir ay yarım yaşıl meydanlardan uzaq qalacaq. Bu gün səhər saatlarında aparılan tibbi müayinədən sonra 33 yaşlı futbolçunun vəziyyətinin ilkin gözləntilərdən daha ciddi olduğu müəyyənləşib.
Kurtua "Mançester Siti" ilə oyun öncəsi isinmə hərəkətləri zamanı narahatlıq hiss edib. Buna baxmayaraq, o, ilk hissədə meydanda olub və bir neçə qurtarışla yadda qalıb. Lakin ağrılar davam etdiyindən və madridlilərin üç top fərqi ilə üstünlüyü fonunda baş məşqçi onu Andriy Lunin ilə əvəzləmək qərarına gəlib.
Qeyd edək ki, Tibo Kurtua cari mövsümdə "Real"In heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 39 qol buraxıb və 15 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi
