"Yuventus" baş məşqçisi ilə yollarını ayıra bilər – ÇL-ə vəsiqə qazanmasalar

16:22 - 22 Mart 2026

"Yuventus" Luçano Spalettini istefaya göndərə bilər.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, bu, “qoca sinyora”nın Çempionlar Liqasına yollana bilməyəcəyi təqdirdə baş verəcək.

Belə ki, klub bu mübarizədən tez qoparsa, rəhbərlik Spalettinin istefasını vaxtından əvvəl reallaşdıracaq.

Turin təmsilçisi 30 turdan sonra 53 xalla 5-ci pillədədir.

67 yaşlı mütəxəssisin “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti