"Roma" "Barselona"nın müdafiəçisi ilə maraqlanır

12:22 - 22 Mart 2026

"Barselona"nın futbolçusu Runi Bardci İtaliyaya yollanmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi “Roma”nın maraq dairəsindədir.

Paytaxt təmsilçisi Runi üçün 1 mövsümlük icarə müqaviləsi təklif edib. İsveçlinin daha çox oyun praktikası qazanması üçün keçidin baş tutacağı ehtimalı yüksəkdir. 

O, 2025-ci ildə “Kopenhagen”dən “Barselona”ya keçib. Futbolçunun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
 

Xəbər xətti