Niderland çempionatında 28-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Volendam” səfərdə “Sparta”ya (Rotterdam) 2:0 uduzub.
Kökçü oyuna start heyətində başlasa da, 60-cı dəqiqədə əvəzlənib.
Hazırda "Volendam" 27 xalla turnir cədvəlində 14-cü pillədədir.
Qeyd edək ki, Kökçü millimizin "FIFA series" turniri üçün milliyə dəvət edilməyib.
saytlarin hazirlanmasi
