Pep Qvardiola məşqçi karyerasında 40-cı titulunu qazanıb.
Sportal.az xəbər verir ki, "Mançester Siti" ispaniyalının rəhbərliyi altında İngiltərə Liqa Kubokunu qazanaraq finalda "Arsenal"ı 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Qvardiola bu göstəriciyə çatan ikinci məşqçi olub. Birinci isə Aleks Ferqyusondur. Onun hesabında 49 titul var.
Qvardiolanın titulları klublar üzrə:
"Barselona" – 14 titul
"Bavariya" – 7 titul
"Mançester Siti" – 19 titul
O, “Barselona” ilə 3 dəfə La Liqanı, 2 dəfə İspaniya Kubokunu, 3 dəfə İspaniya Superkubokunu, 2 dəfə UEFA çdmpionlar Liqasını, həmçinin UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
“Bavariya” ilə 3 Bundesliqa, 2 Almaniya Kuboku, həmçinin UEFA Superkuboku və klublararası dünya çempionluğu əldə edib.
“Mançester Siti” ilə isə 6 dəfə İngiltərə çempionu olub, 5 dəfə Liqa Kubokunu, 3 dəfə Superkuboku, 2 dəfə İngiltərə Kubokunu qazanıb, həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında qalib gəlib.
saytlarin hazirlanmasi
