"Real" etiraz edəcək, lakin..."

23:26 - 23 Mart 2026

"Real" Federiko Valverdenin "Atletiko" ilə La Liqa matçında (3:2) aldığı qırmızı vərəqə ilə bağlı apellyasiya edəcək.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bu müraciət daha çox formal xarakter daşıyır, çünki klub onun uğurlu olacağına çox inanmır.

Madridlilər hesab edir ki, hakim Jose Munuera Montero qərarı subyektiv yanaşma əsasında verib və bu, Alex Baena ilə əvvəlki münasibətlər fonunda təsirlənib (2023-cü ildə aralarında insident yaşandığı bildirilirdi).

“Real”da düşünürlər ki, əgər eyni qayda pozuntusu Koke-yə qarşı edilsəydi, maksimum sarı vərəqə göstərilərdi.

Klub bu epizodu İspaniyada hakimlik sisteminin onlara qarşı əlverişli olmadığının növbəti sübutu kimi qiymətləndirir.

Xəbər xətti