Dmitri Paye gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu özü açıqlama verib.
Təcrübəli hücumameyilli yarımmüdafiəçi 38 yaşında peşəkar futbollar vidalaşıb.
Qeyd edək ki, Dmitri Paye karyerası ərzində "Ekselsior" (Niderland), "Nant", "Sent-Etyenn", "Lill", "Marsel" (hamısı Fransa), "Vest Hem" (İngiltərə) və "Vasko da Qama" (Braziliya) klublarında çıxış edib. O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qol vurub.
saytlarin hazirlanmasi
