"Çelsi" hücumçusu üçün 40 milyon funt-sterlinq tələb edir

17:55 - 23 Mart 2026

"Çelsi"nin hücumçusu Liam Delap Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli forvardı transfer etmək istəyir. Bu barədə "Talksport" məlumat yayıb.

"Sağsağanlar" Delap üçün onun klubuna ilkin təklif göndərib. London klubu 23 yaşlı forvard üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. İngiltərə millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti