“Sevilya” rəhbərliyi baş məşqçi Matias Almeydanı istefaya göndərmək qərarına gəlib.
Sportal.az xəbər verir ki, argentinalı məşqçi yaxın günlərdə vəzifəsindən ayrılacaq.
Buna səbəb isə La Liqanın 29-cu turunda evdə "Valensiya"ya 0:2 hesablı məğlubiyyətdir.
Əndəlusiya təmsilçisi hazırda turnir cədvəlində 31 xalla 15-ci pillədədir.
saytlarin hazirlanmasi
