"Arsenal"ın müdafiəçisi Fransa millisindən kənarlaşdırıldı

19:14 - 23 Mart 2026

Fransa milli futbol komandası mart ayında keçiriləcək yoldaşlıq oyunlarında ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisi Vilyam Saliba sıradan çıxıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

23 yaşlı futbolçuya baldır nahiyəsində zədə diaqnozu qoyulub. Mərkəz müdafiəçisi bu səbəbdən milli komandanın heyətindən çıxarılıb.

Salibanın əvəzinə baş məşqçi Didye Deşam "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı komandaya dəvət edib. Bu, 25 yaşlı futbolçu üçün əsas milliyə ilk çağırışdır.

Qeyd edək ki, Fransa seçməsi yaxın günlərdə iki yoldaşlıq oyunu keçirəcək. İkiqat dünya çempionları martın 26-da Braziliya ilə, 29-da isə Kolumbiya ilə üz-üzə gələcək.

Xəbər xətti