"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
27 yaşlı forvard UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"la cavab matçında zədələnib. Ulduz futbolçunun qol sınıb.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
