Yarımmüdafiəçi Hilberto Mora 17 yaş 347 günlüyündə Meksika millisinin heyətində qol vuraraq yığmanın tarixində fərqlənən ən gənc futbolçu olub.
Sportal.az xəbər verir ki, gənc futbolçu Kolumbiya ilə keçirilən yoldaşlıq görüşünün (1:1) 62-ci dəqiqəsində hesabı bərabərləşdirib.
Mora indiyədək Meksika millisinin heyətində 15 oyuna çıxıb. O, 2026-cı il dünya çempionatında 4 qarşılaşmada iştirak etsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
