"Real Sosyedad"ın müdafiəçisi Xon Martin Avropanın böyük klublarının hədəfindədir.
Sportal.az xəbər verir ki, "Arselal", "Çelsi", "Liverpul" və "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussball-News" nəşri məlumat yayıb.
Klubu Martini yanvarda satmağı planlaşdırmır. Lakin 20 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avrodan yüksək məbləğdə təklif gəlsə, dəyərləndirilə bilər.
Qeyd edək ki, Xon Martin "Real Sosyedad"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
