Tyaqo Silva Azərbaycana geri qayıtdı - "Şəfa" ilə anlaşdı

15:35 - 25 Sentyabr 2026

"Şəfa" növbəti transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Tyaqo Silva ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti açıqlayıb.

26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı qapıçı son 3 mövsümü "Zirə"də keçirmişdi.

Silva ölkəsində isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.

Xəbər xətti