"Qızıl top"u Yamala vermək lazımdır, o, futbolun özüdür"

12:33 - 24 Sentyabr 2026

"Əl-Nəsr" və Portuqaliya millisinin  hücumçusu Joao Feliks bu ilki "Qızıl top"u kimin qazanmalı olduğu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Feliks Yamalı daha favorit hesab edib:

"Lamin Yamal futbolun özüdür. Mən həmişə düşünürəm ki, "Qızıl top"u o adama vermək lazımdır ki, onu izlədiyiniz zaman “vau, o, ulduzdur və futbol dünyasında xatırlanmağa layiqdir. Əgər oyununu televizorda izlədiyiniz və sizi ekranda tutan oyunçu varsa, o da Yamaldır. Mbappe və Harri Keynin əla mövsümlər keçirdiyi doğrudur, amma Yamal futbolun özüdür. Üstəlik, o, Dünya Kubokunu da qazanıb. Dünya Kuboku illərində qələbə həmişə "Qızıl top"a yaxınlaşmaq üçün vacibdir".
 

Xəbər xətti