Azərbaycan milli komandasının futbolçuları, Tacikistanla yoxlama görüşündə (1:0) zədələnən Mahir Emreli və Abdulla Xaybullayevin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, hər iki futbolçunun zədəsinin ciddi olmadığı dəqiqləşib.
Həm Xaybullayev, həm də Emreli müayinə edilib və durumlarının yaxşı olduğu müəyyən edilib.
Hər iki futbolçunun Millətlər Liqasının D2 qrupunda Litvaya qarşı keçiriləcək oyunda oynaya biləcəyi gözlənilir.
Litva - Azərbaycan matçı sentyabrın 27-də Kaunasdakı Darius i Girenas stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
