"Atletiko"nu "Milan"a dəyişə bilər

10:48 - 23 Sentyabr 2026

İspaniya millisinin üzvü Markos Lyorente karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Milan”ın transfer siyahısındadır.

“Rossonyerlər” ispan futbolçunun keçidini həll etmək üçün indidən danışıqlara start verib.

“Atletiko” da futbolçusuna yeni müqavilə təklif edib. Onun Madrid təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Real”, “Alaves” klublarında da çıxış edib.
 

Xəbər xətti