"Bacarıqsız insanlarla işləmək artıq məni yorub" - "Turan Tovuz" üçün pulsuz işləyirdi, Ehtiram Quliyevin ətrafı onu da küsdürdü

12:18 - 25 Sentyabr 2026

"Turan Tovuz"da daxili problemlər yaşanmaqdadır. Məsələ burasındadır ki, klubun media departamenti ilə əməkdaşlıq edən Nihad Yusif narazılıqla oradan ayrılıb.

Sportal.az xəbər verir ki, o, sosial şəbəkəsində bu barədə paylaşım edərək narazılığını açıq şəkildə bildirib: 

"Əziz dostlar, bu gündən etibarən “Turan Tovuz” media komandası ilə əməkdaşlığımı (könüllü göstərdiyim bütün köməklikləri) tam şəkildə dayandırıram. Bacarıqsız və gördüyü işin məsuliyyətini dərk etməyən insanlarla işləmək artıq məni yorub. Əmin olun ki, komandada yaşanan problemlər yalnız yaşıl meydanda hakim ədalətsizliyi ilə məhdudlaşmır. Azarkeşi komandadan uzaqlaşdıran və küsdürən problemlər yarıtmaz media komandasında da mövcuddur.

Tənqiddən nəticə çıxarmaq lazımdır! Bu qərarımın səbəbləri ilə bağlı yaxın zamanda daha ətraflı danışacağam.

"Turan" adının böyüklüyü və "Turan" sevgim kimlərinsə məsuliyyətsizliyinə görə heç vaxt bitməyəcək!

Davamı olacaq..".

Xəbər xətti