Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bir müddətdir 25 yaşlı mərkəz müdafiəçisinin səhhətində problem var idi. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Tolqa Kalender "Tuzlaspor", "Başakşehir", "Adana Demirspor", "Bayrampaşa" və "Diyarbekirspor"un da formasını geyinib.
saytlarin hazirlanmasi
