"İnsanlar futbolçulardan səmimi olmağı istəyirlər, amma..." - Yamal

23:36 - 24 Sentyabr 2026

“Barselona”nın vingeri Lamin Yamal insanların onun səmimi açıqlamalarını qəbul etməməsindən gileylənib.

Sportal.az xəbər verir ki, Yamal öz açıqlamasında bunları qeyd edib:

“İnsanlar çox vaxt sonradan özlərinin də istəmədiyi şeyləri tələb edirlər. Futbolçulardan səmimi olmağı istəyirlər, amma mən səmimi danışanda soruşurlar: ‘O, bunu necə deyə bilər?’

Mən sadəcə olduğum kimiyəm. Heç kimi aldatmaq istəmirəm və karyeramın sonuna qədər də belə qalmaq niyyətindəyəm”.

Xəbər xətti