"Bursaspor"un sabiq baş məşqçisi Güvənç Kurtar Sportal.az saytına açıqlama verib.
Azərbaycanda da işləmiş türk mütəxəssis millimizin müdafiəçisi Toral Bayramovun “Bursaspor”da əsas heyətə düşə bilməməsi haqda bunları deyib:
"Təbii ki, Toralın "Bursaspor"a transferi sevindiricidir. Azərbaycanlı futbolçuların Türkiyəyə gəlişi həmişə xoşdur. "Bursaspor" çox yaxşı irəliləyir. Yəqin ki, Toral da əsas heyətdə oynamağa macal tapacaq. Bunlar hamısı komandanın baş məşqçisi ilə bağlı məsələlərdir. Hər halda, baş məşqçi şans verəcəksə, oynayacaq. Toralın yaxşı futbolçu olduğunu düşünürəm. "Bursaspor"da start heyətinə düşə bilməməsinə, oynayıb-oynamamasına gəldikdə, komandanın baş məşqçisi var və qərarları o verir, ondan asılıdır".
